"Mercedes" "KamAZ"ın altına girdi: 1 ölü, 3 yaralı - AİLƏ FACİƏSİ (VİDEO)

Mercedes KamAZın altına girdi: 1 ölü, 3 yaralı - AİLƏ FACİƏSİ (VİDEO)
Video
Hadisə 2449
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.Qatı dumanlı havada Beyləqan sakini, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı, 10 HA 559 dövlət nömrə nişanlı avtomobillin yoluna çıxaraq toqquşub.Qəza nəticəsində sürücü ağır kəllə-beyin travması alıb, vəziyyətinin dərəcə ağır olduğu bildirilir. Onun Bakı neyrocərrahiyə mərkəzinə göndərilməsi gözlənilir.Qəza zamanı sürücünün qızı, Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Fidan Şamil qızı Cavadzadə hadisə yerində ölüb, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə və anası, 1967-ci il təvəllüdlü Həqiqət Paşa qızı Xancanova orta ağır xəsarətlərlə Sabirabad Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb

Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə Bərdə şəhərinin Bakı prosp...

1180 Hadisə 18:00 16 noyabr 2017

Son xəbərlər