Bakıda DƏHŞƏTLİ İNTİHAR - 60 yaşlı kişi ürəyinə iki dəfə atəş açdı
08
yan
2019
12:56
Ötən gün Bakı şəhərində güllələnmə hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, ötən gün axşam saatlarında Nərimanov rayonunda güllələnmiş kişi meyiti tapılıb.Meyit Ağa Neymətulla küçəsi 75 ünvanında qeydə alınıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.Araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Rasim Qulam oğlu Urufzadə olduğu məlum olub. Onun ürəyində 2 güllə yarası aşkarlanıb.İlkin ehtimala görə Rasim Urufzadə ürəyinə 2 dəfə tüfəngdən atəş açıb. Lakin hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.Ölən şəxsin subay olduğu deyilir.Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Gəncədə küçədə naməlum kişi meyiti tapılıb
Gəncə şəhərində küçədə kişi meyiti tapılıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəxsiyyəti məlum olmayan meyit şəhərin Fikrət Əmirov küçəsində aşkar edil...