Bakıda övladı olmayan gəlindən dəhşətli əməl

Bakıda övladı olmayan gəlindən dəhşətli əməl
Hadisə 3593

Ötən gecə Bakının Nizami rayonunda gəlin özünü öldürüb. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Naxçıvani küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Nuranə Vasif qızı Panıyevanın meyiti mənzildən asılmış halda tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunan zaman məlum olub ki, gəlin intihar edib.

Hələlik baş verən intiharın dəqqi səbəbləri bilinmir. Hadisə barədə əlaqədar kütləvi informasiya vasitələrində qeyd olunub ki, qadının övladı olmurmuş. Bu səbəbdən də, o canına qıyıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakıda məşum gecə: ana yeniyetmə övladını asılmış halda tapdı

Bakıda məşum gecə: ana yeniyetmə övladını asılmış halda tapdı

Bu gecə Bakının Sabunçu rayonunda yeniyetmə oğlanın asılmış meyiti tapılıb. Sabunçu rayon Polias İdarəsi 15-ci polis bölməsindən BAKU.WS-ə verilən məlumata gör...

2709 Hadisə 11:08 02 noyabr 2015

Son xəbərlər