Sərxoş sürücü piyadanı vurub öldürdü

Sərxoş sürücü piyadanı vurub öldürdü
Hadisə 4086

Ötən gün axşam saat 22 radələrində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Həsənov Əli Bəhlul oğlu idarə etdiyi “Mercedes-Benz E 220” markalı, 90-KS-784 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən piyada, 1954-cü il təvəllüdlü Məmmədov Bəhram İsmayıl oğlunu vurub.

Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücü maşın sürərkən sərxoş vəziyyətdə olub.

Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanib.

İş üzrə hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib. Şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Ə.Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

BAKU.WS

Son xəbərlər