Bakıda bahalı avtomobil qadını vurub öldürdü

Bakıda bahalı avtomobil qadını vurub öldürdü
Hadisə 1947
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib.Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan, 1969-cu il təvəllüdlü Şükürov Yolçu Bayram oğlu idarə etdiyi "Mercedes GL-550" markalı 99 HS 630 dövlət nömrə nişanlı avtomobillə Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçmək istəyən 1968-ci il təvəllüdlü, Sabirabad rayonunun Qalaqayın kənd sakini Fərzəliyeva Leyla Nəsir qızını vurub.Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.BAKU.WS

Son xəbərlər