Bakıda qadın sürücü piyadanı vurub öldürdü

Bakıda qadın sürücü piyadanı vurub öldürdü
Hadisə 2523
Bakıda qadın sürücü yol qəzası törədib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Sabunçu rayonunda baş verib.İyulun 20-də gecə saat 01 radələrində Bakı şəhər sakini Poladova Nərminə Rüfət qızı idarə etdiyi "Kia" markalı 90 AL 030 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 2-ci Sovxoz adlanan ərazidə hərəkətdə olarkən yolun kənarında dayanmış Bəyməmmədov Azər İlqar oğlunu vurub.Piyada təcili tibbi yardım stansiyasına aparılarkən yolda ölüb.Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.BAKU.WS

Son xəbərlər