Lənkəranda üç nəfər bıçaqlandı

Lənkəranda üç nəfər bıçaqlandı
Hadisə 1115
Lənkəranda üç nəfər bıçaqlanıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsi ərazisində baş verib.Lənkəran Rayon Mərkəzi Xəstəxanasına bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə üç nəfər daxil olub. Onlardan 1952-ci il təvəllüdlü Veravul kənd sakini olan, Nərimanabad qəsəbəsində məskunlaşan Oktay Əliağa oğlu Həsənov qarın boşluğundan, 1947-ci il təvəllüdlü Hüseynağa Kitabulla oğlu Əliyev ürək nahiyəsindən, 1947-ci il təvəllüdlü Faiq Vaqif oğlu Məlikov isə hər iki bud nahiyəsindən xəsarət alıblar.İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni F.Məlikov şəxsi münaqişə zəminində törədib və sonradan özünə xəsarətlər yetirib. İki yaralı əməliyyat olunaraq cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən F.Məlikova ambulator yardım göstərildikdən sonra buraxılaraq istintaqa cəlb edilib.Faktla bağlı araşdırmalar davam edir.BAKU.WS

Oxşar xəbərlər

Bu gecə 23 yaşlı qadını qanına qəltan etdilər

Bu gecə 23 yaşlı qadını qanına qəltan etdilər

Lənkəran rayonunda gənc qadın ağır xəsarət alıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 50 ünvanında qeydiyyatda olan 19...

1425 Hadisə 09:45 15 avqust 2018

Son xəbərlər