Lənkəranda kütləvi dava olub, xəsarət alanlar var
25
apr
2018
19:07
Lənkəranda kütləvi dava olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki bazar ərazisində, çayxanada qeydə alınıb.Tükəvilə-Bazar xətti üzrə hərəkət edən marşrutun sürücüsü Veravul kənd sakini, 1958-ci il təvəllüdlü Azər Ağabala oğlu Musayev və digər bir sürücü, 1970-ci il təvəllüdlü İslam İsa oğlu Hüseynovla sərnişin arasında hələlik məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Nəticədə A. Musayev və İ. Hüseynov sərnişin tərəfindən döyülüb.Onlar xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Neftçalada kütləvi dava — 3 nəfər bıçaqlandı
Neftçala rayonunda kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xolqarabucaq kəndi ərazisində qeydə alınıb.İ...