Toyda kütləvi dava - 40 yaşlı kişi döyülərək xəstəxanalıq oldu
28
sen
2017
23:38
Tovuz rayonunda toyda kütləvi dava olub.BAKU.WS Trend-ə istinadən məlumat verir ki, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində baş verib.Toyda sərxoş vəziyyətdə olan bir-neçə nəfər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib.Hadisə nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Xəyal Valeh oğlu döyülüb. O, toy iştirakçılarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır.BAKU.WS
Oxşar xəbərlər
Toyda kütləvi dava - qız tərəfi bəyin qardaşlarını və əmisini döydü (VİDEO)
Salyanda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, axşam saatlarında Salyan rayonunun Kürsəngi kəndində toyda kütlə...