Bakıda qonşular arasında dava düşüb, ana və oğlu döyülüb
08
iyl
2017
09:01
Bakıda qonşular arasında düşən kütləvi dava xəsarətlə nəticələnib.
BAKU.WS-in "Report"-a istinadən verdiyi məlumata görə,hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb.
1963-cü il təvəllüdlü Əliyeva Minarə Adışirin qızı və 1982-ci il təvəllüdlü oğlu Quliyev Sehran Tehran oğlu qonşuluqda yaşayan 4 nəfərlə hazırda məlum olmayan səbəbdən mübahisə edib. Nəticədə ana və oğlu döyülərək xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib. Əraziyə Xətayi Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları cəlb edilib. Dava iştirakçıları bölməyə aparılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kafedə kütləvi dava olub, saxlanılanlar var
Bakıda kafedə kütləvi dava olub. BAKU.WS report.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn...