Bakıda orta məktəbdə şagirdlər arasında dava olub
Bakıda orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.
Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 106 saylı orta məktəbin həyətində qeydə alınıb.
Şagirdlər - 1999-cu il təvəllüdlü Elşən Cəsarət oğlu Hüseynov, 1999-cu il təvəllüdlü Nicat Nizami oğlu Əliyusifov, 1999-cu il təvəllüdlü Elşad Oruc oğlu Əliyev və onun qardaşı, 2001-ci il təvəllüdlü Tacir Əliyev arasında baş verən dava zamanı E. Hüseynov xəsarət alıb. E. Hüseynov bununla bağlı polisə şikayət edib.
Hazırda Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi hadisə ilə bağlı araşdırma aparır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kütləvi dava olub, xəsarət alanlar var
Bakıda kütləvi dava olub. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. Bakı şəh...