Bakıda kütləvi dava olub, 3 polis əməkdaşı döyüldü
Bakıda kütləvi dava olub.
BAKU.WS-in məlumatına görə.Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə fevralın 1-dən 2-ə keçən gecə rayon ərazisində fəaliyyət göstərən "Emin” kafesində qeydə alınıb. Beyləqan rayon sakinləri – Dəyanət Muradov, İlham Məmmədov və Fariz Məlikov sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə polis çağırılıb. Sərxoş şəxslər əraziyə gələn polis əməkdaşları - polis kapitanı Ağaəli Əkbər oğlu Ələkbərova, polis serjantları Elnur Elman oğlu Şərifov və Bəxtiyar Şahlar oğlu Abbasova xəsarət yetiriblər. Hadisəni törədən şəxslər tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Bakıda 32 yaşlı qadın qohumunun boğazını kəsdi
Bu gecə saatlarında Bakıda cinayət törədilib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, paytaxtın Xətai rayonu ərazisində, Turşu küçəsində Fətəliyev H...