Bakıda polis əməkdaşı namus üstündə güllələndi
Bakıda silahlı insident olub.
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.
İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub.
İlkin məlumata görə, hadisə namus üstündə baş verib. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Xəzər Rayon Prokurorluğundan virtualaz.org-a bildiriblər ki, qətlə yetirilən Malik Muradov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, polis serjantı olub.
BAKU.WSOxşar xəbərlər
Bakıda insanların gözü qarşısında 28 yaşlı kişini qətlə yetirdilər
Bakıda qətl törədilib. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Maştağa qəsəbəsi A.M.Əbdülkərim küçəsində qəsəbə sakini, 1987-ci il tə...