Emin və Roza duetinə Moskvada KLİP
05
okt
2026
14:00
Xalq artisti Emin Ağalarov və tanınmış müğənni Roza Zərgərli ilk dəfə "DreamFest"də səsləndirdiyi "Krujeva" mahnısı üçün kamera qarşısına keçib.
BAKU.WS xəbər verir ki, Moskvada ekranlaşdırılan klip sənətçilərin rəsmi yutub kanalında yayımlanıb.
Təbiət qoynunda çəkilən layihədə müğənnilər müxtəlif obrazlarda yer alıblar.
Mahnının söz və musiqi müəllifləri Konstantin Nonikov və Yelizaveta Alekseyevadır.
Klipi Maksim Voronçuk ərsəyə gətirib.
Qeyd edək ki, mahnı bir neçə gün öncə rəqəmsal platformalarda da öz yerini alıb.
Oxşar xəbərlər
Əməkdar artist illər sonra səhnəyə "Leyli" kimi qayıdır
Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva uzun fasilədən sonra səhnəyə sevilən "Leyli" obrazı ilə qayıdır. B...