Bu gecə 23 yaşlı qadını qanına qəltan etdilər
15
avq
2018
09:45
Lənkəran rayonunda gənc qadın ağır xəsarət alıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 50 ünvanında qeydiyyatda olan 1994-cü il təvəllüdlü Əlizadə Gülsüma Ceyhun qızı axşam saat 21:30 radələrində bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.Yaxınları G.Əlizadənin ehtiyatsızlıqdan xəsarət aldığını söyləyiblər. Yaralının tibbi müayinəsi zamanı onun sağ qoltuqaltı nahiyəsində, sağ qolun iç nahiyəsində və sağ budun sağ nahiyələrində daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaraların olduğu müəyyən edilərək cərrahi əməliyyat olunub.G.Əlizadə əvvəllər ailəli olub.Əldə etdiyimiz məlumata görə, hadisə ailə münaqişəsi zəminində Elşən adlı yaxın qohumu tərəfindən törədilib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşətli gün – Kişi atasını və qardaşını qanına qəltan etdi
Bakı şəhəri, Sabunçu rayonunda ailə məişət zəminində iki nəfər xəsarət alıb.BAKU.WS “report"a istinadən xəbər verir ki, hadisə Nərimanov küçəsində qeydə alınıb....