Azərbaycanda eşq cinayəti: xalası qızını və onun atasını bıçaqladı (VİDEO)

Azərbaycanda eşq cinayəti: xalası qızını və onun atasını bıçaqladı (VİDEO)
Video
Hadisə 4103

 

Lerikdə 24 yaşlı qadın xalası oğlu tərəfindən bıçaqlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Hamarmeşə kəndində qeydə alınıb.

24 yaşlı Ülviyyə Nəhmətova 5 bıçaq xəsarəti ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrah Rasif Axundov deyib ki, xəstə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə sol döş qəfəsi və qarının bazu və baldırın kəsilmiş-deşilmiş yaraları ilə daxil olub: "Təcili əməliyyata götürüldü. Əməliyyatda mədənin tikilməsi, qaraciyərin tikilməsi, ağ ciyərin tikilməsi, yaraların birləşdirməsi aparıldı. Hazırda xəstə orta-ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib".

Araşdırma zamanı məlum olub ki, hadisəni Lerikin Bibiyan kənd sakini, zərərçəkən Ülviyyə Nəhmətovanın xalası oğlu Ramin adlı şəxs ailə münaqişəsi zəminində törədib. İnsident zamanı həmçinin Ülviyyə Nəhmətovanın atası, 49 yaşlı Bahadur Nəhmətov da yüngül xəsarət alıb.

Bildirilir ki, bir neçə gün öncə Ülviyyə xalası oğlu tərəfindən qaçırılıbmış və polis əməkdaşları tərəfindən evə qaytarılıb. İnsident xalası oğlu yenidən eyni əmələ cəhd göstərdiyi vaxt baş verib.

Artıq hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Lerikdə ata və qızı bıçaqlanıb

Lerikdə ata və qızı bıçaqlanıb

Lerik rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un verdiyi məlumata görə, hadisə rayonun Hamarmeşə kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini,...

1801 Hadisə 23:30 30 iyun 2017

Son xəbərlər