Azərbaycanda kişi həmyerlisinin qulağını kəsib

Azərbaycanda kişi həmyerlisinin qulağını kəsib
Hadisə 1403

Ağdaş rayon sakinləri arasında baş vermiş mübahisə qan tökülməsi ilə nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kotanarx kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Qocayev Qəzənfər İmran oğlu şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı həmkəndlisi, 1971-ci il təvəllüdlü Allahverdiyev Musa Ələsgər oğlunun qulağını bıçaqla kəsərək ona xəsarət yetirib.

M. Allahverdiyev Ağdaş rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Qardaş bacısının boğazını kəsdi

Qardaş bacısının boğazını kəsdi

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd...

1388 Hadisə 17:45 14 iyul 2016

Son xəbərlər