Azərbaycanda qardaş bacısını internetdəki şəkillərinə görə bıçaqladı

Azərbaycanda qardaş bacısını internetdəki şəkillərinə görə bıçaqladı
Hadisə 2933

 

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Hadisə Zəyəm qəsəbəsində qeydə alınıb.

Şəmkir Rayon Polis İdarəsinin Zəyəm Qəsəbə Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elçin Pənah oğlu Nəsibov aralarında yaranan mübahisə zəminində bacısı, 1986-cı il təvəllüdlü Səhər Pənah qızı Nəsibovaya 6 bıçaq zərbəsi endirib. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağırdır.

Polis Bölməsindən bildirdilər ki, hadisəyə səbəb Elçin Nəsibovun bacısı səhərin internetdə fotolarını görməsi olub. O, bacısının bu əməlinə əsəbləşib və buna görə də onu bıçaqlayıb.

Bıçaqlanan qadın 3 azyaşlı uşaq anasıdır. Hadisəni törədən E. Nəsibov artıq saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda kişi boşandığı arvadını öldürdü

Azərbaycanda kişi boşandığı arvadını öldürdü

Gəncədə qətl törədilib. Hadisə şəhər ərazisindəki 31 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-...

2874 Hadisə 10:34 09 may 2016

Son xəbərlər