Azərbaycanda qanlı hadisə: kürəkən qayınatasının üzünə "şram" atdı

Azərbaycanda qanlı hadisə: kürəkən qayınatasının üzünə şram atdı
Hadisə 2066

 

Salyanda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Kənd sakini, 46 yaşlı Natiq Mirəziz oğlu Qasımov ailə münaqişəsi zəminində kürəkəni tərəfindən bıçaqlanıb. N.Qasımov üzünün sol tərəfinin geniş kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanada yardım göstərildikdən sonra Natiq Qasımov ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər