Gənc oğlanın üstünə pəncərə düşdü, qolunun vətərləri kəsildi
26
avq
2016
13:47
Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Nəvahi kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 24 yaşlı Elvin Habil oğlu Kazımov sağ qolunun vətərlərinin kəsilmiş diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Zərərçəkənin yaxınları bildirib ki, E.Kazımovun üstünə pəncərə şüşəsi düşüb və onun qolunu kəsib.
Xəstəxanada ona ilk tibbi yardım göstərildiyindən sonra vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda zəncirvari yol qəzası: yaralılar var
İmişlidə 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. "Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün gecə saatlarında İmişli-Kü...