Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb (FOTO)

Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb (FOTO)
Hadisə 861

Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb. BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib. Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb. Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər