Azərbaycanda 14 yaşlı qız istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda 14 yaşlı qız istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ölüb
Hadisə 4083

Lənkəranda ölüm hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun istirahət mərkəzlərinin birində qeydə alınıb. Belə ki, Lənkəranın Velədi kənd sakini, 2002-ci il təvəllüdlü Zəhra Səfail qızı Şıxəlizadənin əhvalı qəfildən dəyişib və o, müvazinətini itirərək, istirahət mərkəzinin pilləkənindən yerə yıxılıb. Ətrafdakıların köməyi ilə 14 yaşlı qız dərhal  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda toyda kütləvi dava: 3 nəfər bıçaqlandı

Azərbaycanda toyda kütləvi dava: 3 nəfər bıçaqlandı

Şəmkirdə toyda kütləvi dava olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü P...

3210 Hadisə 09:09 18 iyul 2016

Son xəbərlər