Azərbaycanda məmur oğlunu qanına qəltan etdilər
16
avq
2017
11:13
Ağdaş rayonunda qətl hadisəsi törədilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Həsənov Sahib Baris oğlunu bıçaqlayıb.Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılan Sahib Həsənov orada dünyasını dəyişib.Məlumata görə, Sahib Həsənov bıçaqlanandan sonra hadisə yerində köməksiz vəziyyətdə qalaraq çoxlu qan itirib və rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Qəribli kəndindən xəstəxanaya 2 saat sonra gətirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Göyçay sakini suya görə qardaşını bıçaqladı
Göyçay rayonunda iki qardaş arasında baş verən dava qanla nəticələnib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21:00 radələrində Göyçayın...