Ağdaşda müəllim 10 yaşlı şagirdi avtomobillə vurub

Ağdaşda müəllim 10 yaşlı şagirdi avtomobillə vurub
Hadisə 1043
 

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ağdaş şəhərində qeydə alınıb.

Ağdaş Dövlət Hümanitar Kollecinin tarix müəllimi Rəcəb Vəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2006-cı il təvəllüdlü Həsənov Mehdi Bəhruz oğlunu vurub.

Orta məktəbin 5-ci sinif şagirdi olan Mehdi Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində uşağı xilas etmək mümkün olub. Hazırda məktəblinin uşaq travmatologiya şöbəsində müalicəsi davam etdirilir. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Baş həkimin oğlunun öldüyü dəhşətli qəzadan - VİDEO

Baş həkimin oğlunun öldüyü dəhşətli qəzadan - VİDEO

Göyçay rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. BAKU.WS Region TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun...

5465 Hadisə 19:03 18 sentyabr 2016

Son xəbərlər