Ağdaşda tələbə faciəli şəkildə öldü

Ağdaşda tələbə faciəli şəkildə öldü
Hadisə 1528
 

Ağdaş rayonunda 20 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Aşağı Zeynəddin kəndində qeydə alınıb.

BAKU.WS xəbər veir ki, kənd bələdiyyəsindən ans press-ə verilən məlumata görə, kənd sakini 1996-cı il təvəllüdlü Elgün Ətraf oğlu Səmədov həyətlərindəki hasarı sökərkən dincəlmək üçün sökülməkdə olan hasarın yanına əyləşib. Elə bu vaxt hasar onun üzərinə aşıb və 20 yaşlı Elgün Səmədov hasarın altında qalıb. Ağır bədən xəsarətləri alan gənc hadisə yerində dünyasını dəyişib.

Dünyasını dəyişən şəxs Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi olub və o ailənin 3 oğlundan biri olub.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS 

Son xəbərlər