Azərbaycanda iş adamı atasının qəbri üstündə özünü güllələdi
Ağdaş rayon sakini özünü atasının qəbri üstündə güllələyib. BAKU.WS-in məlumatına görə, bu barədə Güvəkənd kənd sakinlərinin Ans press-ə bildiriblər. Verilən məlumata görə, kənd sakini, 1965-ci il təvəllüdü Mirələm Davud oğlu İsmayılov kənd qəbiristanlığına atasının qəbrini ziyarətə gedib. O, atasının qəbrinin ziyarət etdikdən sonra övladlarına, qardaşına və kəndin mollasına zəng vuraraq onların qəbristanlığa gəlməsini istəyib. Ailə üzvləri qəbristanlığa gələnə kimi Mirələm İsmayılov özünə ov tüfəngindən atəş açıb. 50 yaşlı kişi hadisə yerindəcə dünyasını dəyişib. İlkin ehtimala görə, hadisəyə səbəb mərhumun son vaxtlar ağır xəstəlikdən əziyyət çəkməsi, xəstəliyinin daha da şiddətlənməsi olub. Dünyasını dəyişən kişinin iki oğlu var və o, əvvəllər sakinlərdən biyan kökü alaraq onu müxtəlif yerlərə satmaqla məşğul olub. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində iş aparır. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda faciə: 27 yaşlı ana övladlarının gözləri önündə can verdi
Bu gün səhər saatlarında Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BAKU.WS Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir...