Azərbaycanda faciə: 27 yaşlı ana övladlarının gözləri önündə can verdi

Azərbaycanda faciə: 27 yaşlı ana övladlarının gözləri önündə can verdi
Hadisə 2405

 

Bu gün səhər saatlarında Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

BAKU.WS Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini, 27 yaşlı Jalə Bayramova vanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub. Bayramova hadisə yerindəcə dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhumun iki azyaşlı övladı var.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: bir ailə məhv oldu

Azərbaycanda dəhşətli qəza: bir ailə məhv oldu

Azərbaycanda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, bu barədə Bas Dövlət Yol Polisi İdarəsindən APA-ya bildiriblər. Verilən məluma...

2835 Hadisə 10:56 21 sentyabr 2015

Son xəbərlər