Baş həkimin oğlunun öldüyü dəhşətli qəzadan - VİDEO

Baş həkimin oğlunun öldüyü dəhşətli qəzadan - VİDEO
Video
Hadisə 5465

Göyçay rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

BAKU.WS Region TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 195-ci km-liyində, Göyçayın Qarayazı kəndi ərazisində qeydə alınıb.

Qaraməryəm kənd sakini, 1989-cu il təvəllüdlü Sultanov Zaur İsa oğlu idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən camışları vurub.

Avtomobil zərbənin təsirindən yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Zaur Sultanov Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Z. Sultanov Qaraməryəm Kənd Xəstəxanasının baş həkimi İsa Sultanovun oğludur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS 

Oxşar xəbərlər

Polis xidməti avtomobillə qəza törətdi:  1 ölü

Polis xidməti avtomobillə qəza törətdi: 1 ölü

Göyçay rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:3...

1570 Hadisə 11:31 17 sentyabr 2016

Son xəbərlər