Azərbaycanda baş həkimin oğlu can verdi

Azərbaycanda baş həkimin oğlu can verdi
Hadisə 2942

Göyçay rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə saat 21:45 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 195-ci kilometrliyində, rayonun Qarayazı kəndi ərazisində qeydə alınıb.

Göyçay istiqamətində "VAZ 21015” markalı avtomobil ilə hərəkətdə olan rayonun Qaraməryəm kənd sakini Sultanov Zaur İsa oğlu yolu keçmək istəyən iki camışı vurub. Nəticədə avtomobil yoldan çıxaraq kənara aşıb. Qəza zamanı sürücü yaralanıb və dərhal Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. 

Bildirilir ki, həlak olan şəxs Qaraməryəm kənd sahə xəstəxanasının baş həkimi İsa Sultanovun oğludur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər