Cəlilabadda ağır yol qəzası – 2 ölü, 2 yaralı (FOTO,VİDEO)

Cəlilabadda ağır yol qəzası – 2 ölü, 2 yaralı (FOTO,VİDEO)
Video
Hadisə 1396

 

Cəlilabadda 2 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS CTV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Dövlətalıbəyli kəndi ərazisində qeydə alınıb.

Rayonun Tahirli kənd sakini Telman Ağayev idarə etdiyi "Lada Kalina" markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn rayonun Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun sükanı arxasında olduğu "Vaz-2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Sərnişinlər Xatirə İbrahimova, onun azyaşlı övladı Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xasarətləri alıblar.

Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanada ilk yardım göstərildikdən sonra yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıya göndərilib. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma apaırlır.

BAKU.WS

Oxşar xəbərlər

Jurnalistin valideynləri qəzaya düşdü

Jurnalistin valideynləri qəzaya düşdü

Cəlilabadda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS Report-a istinadən məlumat verir ki, hadisə bu gün səhə...

1330 Hadisə 14:52 07 iyul 2016

Son xəbərlər