Azərbaycanda dəhşətli qəza - 4 ölü, 4 yaralı (VİDEO)

Azərbaycanda dəhşətli qəza - 4 ölü, 4 yaralı (VİDEO)
Video
Hadisə 1575

 

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

BAKU.WS məlumat verir ki, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 25 yaşlı İntiqam Muxtarovun idarə etdiyi "Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə VAZ-ın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan 7 nəfər Şəmkir sakini  isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  Xəstəxanadan verilən məlumata görə, 3 nəfər dünyasını dəyişib, 4 nəfərin isə vəziyyəti ağırdır. Ölənlərdən birinin azyaşlı olduğu deyilir.

"Mercedes"in sürücüsü isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona  sağ diz oynağının əzniyi, sağ və sol dirsəyin sıyrığı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir, ambulator müalicə üçün evə buraxılıb. İntiqam Muxtarovun dediyinə görə, o, Şəmkir şəhərində yerləşən banklardan birində işləyir. Hadisə şəxsi avtomobili ilə Gəncəyə qayıdarkən baş verib.

Ölənlər:

İntizam Həsənov

Xanım Bayramova

Rəna Həsənova

Aynur Həsənova

Yaralılar:

Ramin Həsənov

Vahid Bayramov

Röyal Həsənov

İntiqam Muxtarov

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırma aparırlar. Qəzanın dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycanda polis qəzaya düşdü, maşını yandı

Azərbaycanda polis qəzaya düşdü, maşını yandı

Azərbaycanda polisin idarə etdiyi avtomobil qəzaya düşərək yanıb. "Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayonu ərazisində baş verib. Gəncə...

1419 Hadisə 16:50 13 iyun 2016

Son xəbərlər