11 yaşlı məktəblinin müəmmalı ölümü
Ağsu rayonunda məktəbli ağır xəsarət nəticəsində ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlu başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Uşağın vəziyyəti ağır olduğu üçün ona ilkin tibbi yardım göstərilib və o, təcili olaraq müalicə üçün Bakı şəhərinə göndərilib. Kəndoba kənd orta məktəbinin 5-ci sinif şagirdi olan Əli Əliyev Bakıda xəstəxanada dünyasını dəyişib. Onun hansı səbəbdən travma aldığı məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, uşaq məktəbdə oynayarkən yıxılıb və xəsarət alıb.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 10 günün gəlini müəmmalı şəkildə öldü
Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib. BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında baş verib....