Azərbaycanda 10 günün gəlini müəmmalı şəkildə öldü

Azərbaycanda 10 günün gəlini müəmmalı şəkildə öldü
Hadisə 2412

Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib.

BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında baş verib.

Ağsu rayonundan 10 gündür ki, Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayononun mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon Xəstəxanadan verilən məlumata görə, mərhum xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ərəb turistləri qəzaya uğradı: 2 ölü, 16 yaralı

Azərbaycanda ərəb turistləri qəzaya uğradı: 2 ölü, 16 yaralı

Azərbaycanda ərəb turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə avqustun 29-da axşam saatlarında baş verib. Qəbələdən Bakıy...

1901 Hadisə 14:55 30 avqust 2016

Son xəbərlər