Azərbaycanda ərəb turistləri qəzaya uğradı: 2 ölü, 16 yaralı

Azərbaycanda ərəb turistləri qəzaya uğradı: 2 ölü, 16 yaralı
Hadisə 1901
 

Azərbaycanda ərəb turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə avqustun 29-da axşam saatlarında baş verib.

Qəbələdən Bakıya gələn "Hyundai" markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, turistlərdən iki nəfər xəstəxanada dünyasını dəyişib.

Şamaxı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı - Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb.

Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələ rayonundan Bakıya qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycana daha çox hansı ölkədən ərəb gəlir?

Azərbaycana daha çox hansı ölkədən ərəb gəlir?

Azərbaycana ərəb turistlər daha çox İraqdan gəlir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. Onun söz...

3729 Sosial 11:52 29 avqust 2016

Son xəbərlər