Azərbaycanda jurnalistin qardaşları ağır yol qəzasına düşdü

Azərbaycanda jurnalistin qardaşları ağır yol qəzasına düşdü
Hadisə 1534

 

Bu gün səhər saatlarında Quba rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Yol qəzasına düşən avtomobildəki sərnişinlərdən Anar Akif oğlu Ağayev dünyasını dəyişib, onun qardaşı Arzuman Akif oğlu Ağayev ağır vəziyyətdə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hər iki şəxs modern.az saytının əməkdaşı Ağa Akifoğlunun qardaşıdır. Dünyasını dəyişən A.Ağayev ailəlidir, iki övladı var.

Quba Rayon Mərkəzi Xəstəxanasının Qəbul şöbəsinin həkiminin Modern.az saytına verdiyi məlumata görə, Anar Ağayev xəstəxanaya daxil olarkən vəfat edib, digər qardaş Arzuman isə sağ budun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Allah rəhmət eləsin.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda nazirin qaynanası dünyasını dəyişdi

Azərbaycanda nazirin qaynanası dünyasını dəyişdi

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova itki üz verib. BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, A.Rəhimovun qaynanası Tamilla Həsənova...

1140 Hadisə 11:57 17 yanvar 2016

Son xəbərlər