Azərbaycanda ata oğlunu qanına qəltan etdi

22
avq
2015
12:44
Ağcabədi rayonunda ata oğlunu bıçaqlayıb. BAKU.WS-in məlumatına görə, Ağcabədi şəhəri, Babək küçəsi ev 11-də yaşayan 1958-ci il təvəllüdlü Niyazi Ağayev 1989-cu il təvəllüdlü oğlu Fərhad Ağayevə iki bıçaq zərbəsi vurub. Qarnından bıçaqlanan Fərhad Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS
