Azərbaycanda dəhşət - ana və qızı döyüldü, qadınlardan biri dünyasını dəyişdi
14
yan
2018
10:16
Lənkəran rayonunda qadın və onun qızı döyülüb. "Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Lənkəran rayonunda anası ilə birgə naməlum şəxs tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib. Hadisə rayonun Liman şəhəri ərazisində baş verib. O, xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə daxil olub.Faktla bağlı hələ ki, saxlanılan yoxdur.BAKU.WS
Oxşar xəbərlər
2 gün əvvəl Salyandakı qəzada xəsarət alan qadın dünyasını dəyişdi (FOTO)
Dekabrın 3-də qəzaya uğramış “Mitsubishi-Pajero”nun sürücüsünün həyat yoldaşı olan, Salyan rayonunun Qızılağac kənd sakini, 1963-cü ildə anadan olmuş Rahilə Uld...