Lənkəranda toyda qadın öldü, həkim döyüldü

Lənkəranda toyda qadın öldü, həkim döyüldü
Hadisə 2375

 

Lənkəran şəhərində döyülmə hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, şəhərdə yerləşən şadlıq saraylarından birində qəfil halı pisləşən orta yaşlı Xeyransa adlı qadına tibbi yardım göstərilməsi üçün "təcili yardım" çağırılıb.

Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, Aşağı Nüvədi kənd sakini Vüsal Həsənov xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən döyülüb. Həkim baş və üz nahiyələrindən xəsarət alıb. "Təcili yardım" maşınına da ziyan vurulub. Xəstənin ürəktutmasından keçindiyi bildirilir.

Lənkəran şəhərindəki şadlıq saraylarından birində ölən xəstə və onun həyatını xilas edə bilmədiyinə görə mərhumun qohumları tərəfindən döyülən həkimin adı məlum olub. Ölən xəstə 1957-ci il təvəllüdlü Lənkəran şəhər, Bala Məmməd küçəsi, ev 2 sakini Axundova Xeyrannisə Cəlil qızı, döyülən "təcili yardım" həkimi isə 1988-ci il təvəllüdlü Həsənov Vüsal Fayaz oğludur. O, kəllə-beyin travması alaraq Reanimasiya şöbəsinə yerləşdirilib. 

BAKU.WS

Son xəbərlər