Birinin qarnını deşdilər, digərinin ombasını sındırdılar – Bakıda kütləvi dava

Birinin qarnını deşdilər, digərinin ombasını sındırdılar – Bakıda kütləvi dava
Hadisə 1182
Bakıda kütləvi qanlı hadisə baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzimə məlumat verilib. Bildirilib ki, ötən gün saat 18 radələrində 1982-ci il təvəllüdlü Elməddin Bayraməli oğlu Zeynalov bud nahiyyəsindən və 1969-cu il təvəllüdlü Emin Bahadur oğlu Xəlilov qarın nahiyyəsindən bıçaqlanıb.Həmin məlumat əsasında Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları birgə əməliyyat keçirilib.Keçirilən əməliyyat nəticəsində hadisəni törədən 1935-ci il təvəllüdlü Nadir Musa oğlu Məmmədov Nəsimi rayonu, Puşkin küçəsi 12 ünvanında saxlanılıb. Onun omba sümüyü sındığı üçün xəstəxanaya yerləşdirilib.Elməddin Zeynalov hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.Ziya SƏCCAD

Oxşar xəbərlər

Bakıda müəmma – Gənclər yoxa çıxdı

Bakıda müəmma – Gənclər yoxa çıxdı

Ötən gün Bakıda 3 nəfər itkin düşüb.BAKU.WS xəbər verir ki, hadisələr Yasamal, Nəsimi və Nərimanov rayonlarında qeydə alınıb.Belə ki, dünən saat 14 radələrində...

3910 Hadisə 09:41 23 yanvar 2019

Son xəbərlər