Bakıda kütləvi dava – Belaruslu sürücü üç ölkənin vətəndaşına xəsarət yetirdi
01
sen
2018
11:01
Səbail rayon Polis İdarəsinin əməkdaşları Bakıda Belarus və Ukraynadan olan TIR sürücülərinin iştirakı ilə kütləvi davanı qeydə alıb.BAKU.WS xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.Məlumata görə, kütləvi dava avqustun 30-da saat 04:00 radələrində "İpək Yolu" gömrük terminalının ərazisində, Salyan şossesinin 12-ci kilometrliyində baş verib.Məlum olub ki, sərxoş vəziyyətdə olan Belarus sakini, 1982-ci il təvəllüdlü Astanyuk Valeri Nikolayeviç həmyerlisi, 1990-cı il təvəllüdlü Balint Vladimir İvanoviçə, eləcə də Ukrayna vətəndaşları — 1990-cı il təvəllüdlü Mixaylov Vasso Mixayloviç və 1995-ci il təvəllüdlü Mayviyuk Roma Sergeyeviçə bıçaq zərbələri endirərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.Bununla yanaşı dava zamanı gömrük terminalının gözətçisi, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Əliyarbəyov Emil Sərdar oğlu da yaralanıb.Zərərçəkənlərin hamısı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Astanyuka gəlincə, o, Səbail RPİ-nin 41-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır, davanın səbəbləri müəyyənləşdirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda kütləvi dava — Bıçaqlanan var
Bakıda kütləvi dava olub.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.Gecə saatlarında "Dəniz yolu" adlanan ərazidə 1993...