Bakıda Facebook-da təhqirə görə kütləvi dava düşdü

Bakıda Facebook-da təhqirə görə kütləvi dava düşdü
Hadisə 3108
Bakıda çayxanada kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb."Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.Rayon ərazisində fəaliyyət göstərən çayxanaların birində 4 nəfər arasında əlbəyaxa dava olub.1998-ci il təvəllüdlü Kərimov Sabir Fəxrəddin oğlu dava zamanı qarın nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının yaxınlarının verdiyi məlumata görə, o, evi tərk edərək marketə getdiyini bildirib. Məlum olub ki, S.Kərimov "facebook" sosial şəbəkəsində dostunun təhqir olunduğunu görüb. Və onunla ilə birgə sosial şəbəkədə dostunu təhqir edən şəxsi çayxanaya çağırıb. Çayxanada yaranmış mübahisə nəticəsində əlbəyaxa dava olub.Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda qadınlar arasında dava: Xəstəxanalıq olan var

Bakıda qadınlar arasında dava: Xəstəxanalıq olan var

Sabunçu rayonunda qonşu qadınlar arasında dava olub. "Report"un xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə baş verib.1988-ci i...

6933 Hadisə 08:23 16 fevral 2018

Son xəbərlər