"20 Yanvar" stansiyası yaxınlığında kütləvi dava: bıçaqlananlar var

20 Yanvar stansiyası yaxınlığında kütləvi dava: bıçaqlananlar var
Hadisə 2610

Bakıda kütləvi dava olub.

BAKU.WS-in report-a istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, metronun "20 Yanvar” stansiyası yaxınlığında 5 nəfər arasında yaranmış mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı 1978-ci il təvəllüdlü Qəribov Kamran İkram oğlu və Tural adlı şəxs bıçaq xəsarətləri alıblar. K.Qəribov xəstəxanaya yerləşdirilsə də, digər şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda kafedə kütləvi dava olub, saxlanılanlar var

Bakıda kafedə kütləvi dava olub, saxlanılanlar var

Bakıda kafedə kütləvi dava olub. BAKU.WS report.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn...

1619 Hadisə 09:18 07 iyul 2017

Son xəbərlər