Azərbaycanda dəhşət - bacısını yad kişi ilə tutdu, hər ikisini öldürdü

Azərbaycanda dəhşət - bacısını yad kişi ilə tutdu, hər ikisini öldürdü
Hadisə 5136
Göygöl şəhərində iki nəfər bıçaqlanaraq qətlə yetirilib.“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhərində, Nəriman Nərimanov küçəsində yerləşən evlərdən birində baş verib.Gəncədə yaşayan 1989-cu il təvəllüdlü Tağıyev Vüsal Tağı oğlu sözügedən ünvanda yaşayan 1992-ci il təvəllüdlü bacısı Tağıyeva Vüsalə Tağı qızını və onunla bir evdə olan Goranboy rayon Səmədabad kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Nurlan Saləddin oğlunu bıçaqlayaraq qətlə yetirib.Cinayət hadisəsi avqustun 2-də baş versə də, hadisədən bu gün xəbər tutulub və dərhal polisə məlumat verilib. Cinayəti törədən V.Tağıyev şübhəli şəxs qismində saxlanılıb. İlkin məlumata görə, Vüsalə Tağıyeva həyat yoldaşından boşanıb və bir azyaşlı övladı ilə yaşayırmış. Hadisə qadın Nurlan Əliyevlə yaşadığı evdə görüşən zaman baş verib. Həmin zaman qardaşı onun evinə gələrək qətli törədib.Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər