Gəncədə 11-ci sinif şagirdini qətlə yetirən şəxs saxlanılıb

13
fev
2018
20:46
Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhər sakini, 2001-ci il təvəllüdlü Bağırov Elnur Həsən oğlunu onun həmyaşıdı, 2001-ci il təvəllüdlü Tağıyev Tural İsmayıl oğlu qətlə yetirib. Cinayəti törədən şəxs saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. BAKU.WS

Oxşar xəbərlər
Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutuldu
Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutulub.BAKU.WS report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Osman Abdullayevi odlu silahla öl...