Keçmiş arvadının boğazını kəsib öldürərək qaçan şəxs tutuldu

Keçmiş arvadının boğazını kəsib öldürərək qaçan şəxs tutuldu
Hadisə 1006
Keçən ayın əvvəli Gədəbəydə keçmiş həyat yoladaşını qətlə yetirib hadisə yerindən qaçan şəxs saxlanılıb."Report"un Qərb bürosunun məlumatına görə, Arıxdam kənd sakini, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın boğazını kəsərək hadisə yerindən qaçan 29 yaşlı Fariz Muxtarov aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.F.Muxtarovun Şəmkir rayonunda, babasının yanında gizləndiyi məlum olub. O, istintaqa təhvil verilib.Qeyd edək ki, hadisəni törədən şəxslə qətlə yetirilən qadın 2 il əvvəl boşanıb və onların evliliyindən iki azyaşlı övladı olub.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dəhşət - Keçmiş arvadının başını kəsdi

Azərbaycanda dəhşət - Keçmiş arvadının başını kəsdi

Gədəbəydə qətl hadisəsi törədilib.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həy...

3363 Hadisə 10:35 06 oktyabr 2017

Son xəbərlər