Azərbaycanda 24 yaşlı qadın boğazı kəsilərək öldürüldü
Tovuzda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS-in APA-ya istinadən məlumatına görə, 24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.
Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.
Ailənin iki övladı olub.
***
Tovuz rayonunda qətl hadisəsi baş verib.
BAKU.WS-in APA-ya istinadən məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib.
Tovuz rayon Alakol kənd sakini 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı bıçaqla kəsilərək öldürülüb.
Hadisə yerinə polis hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparırlar.
Oxşar xəbərlər
Azərbaycanda kişi həmyerlisinin qulağını kəsib
Ağdaş rayon sakinləri arasında baş vermiş mübahisə qan tökülməsi ilə nəticələnib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kotanarx kəndində qeydə...