Bacısının başını kəsən qardaş: "Günay evimizin yaxınlığından keçən..."

Bacısının başını kəsən qardaş: Günay evimizin yaxınlığından keçən...
Hadisə 2071

4 gün əvvəl Tovuzda boğazı kəsilərək öldürülən 17 yaşlı qızın qətlinin üstü açılıb.

BAKU.WS bildirir ki, hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, Əsrik çayının Tovuzun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyidi tapılan 1999-cu il təvəllüdlü Günay Gülməmmədovanın qardaşı, 1994-cü il təvəllüdlü Ruslan Gülməmmədov tərəfindən öldürüldüyü məlum olub.

Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir. Belə ki, şübhəli şəxs qismində saxlanılan Ruslan istintaqa ilkin ifadəsində bacısının boğazını kəsdiyini və qarın nahiyəsindən bıçaq zərbəsi endirdiyini bildirib və qətlin səbəbini də açıqlayıb:

"Bacımı qısqanclıq zəminində öldürmüşəm. Bir neçə dəfə onun telefonla danışdığını aşkarlamışam və xəbərdarlıq etmişəm. Lakin Günay bu xəbərdarlıqlara məhəl qoymadı. Hadisə baş verən gün günorta saatlarında Günay evimizin yaxınlığından keçən Əsrik çayının sahilinə getdi. Mən də onun ardınca getdim və onu öldürdüm", - deyə saxlanılan şəxs bildirib.

Qətl hadisəsi iyunun 19-da baş verib. Axşam saatlarında Aşağı Quşçu kəndi yaxınlığında olan körpünün yaxınlığında naməlum qadın meyidi tapılıb. Aparılan araşdırmalar nəticəsində öldürülən qadının 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədova olduğu məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə işi başlanılıb.

Gənc qızın meyidi Əsrik çayının üzərindəki körpünün altına atılıb. Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürücüsü olan atası başqa qadınla ailə qurub.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər