Bakıda qardaş bacısını "pis yola" düşdüyü üçün öldürdü - TƏFƏRRÜAT

Bakıda qardaş bacısını pis yola düşdüyü üçün öldürdü - TƏFƏRRÜAT
Hadisə 3891
 

Bakıda qətl törədilib. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Faiq Yusifov küçəsi 36, mənzil 42 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Emin Çobanov aralarında yaranan şəxsi mübahisə zəminində bacısı 1986-cı il təvəllüdlü Rübabə Çobanovanı çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. 

Polis və prokurorluq əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən 22 yaşlı E. Çobanov tutularaq istintaqa təhvil verilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Araşdırmalar nəticəsində bəlli olub ki, hadisə qısqanclıq zəminində törədilib.

"Qətlə yetirilən 1986-cı il təvəllüdlü Rübabə Çobanova subay olub. Ancaq onun "pis yola” düşdüyü üçün qardaşı tərəfindən öldürüldüyü ehtimal edilir. Belə ki, Emin Çobanov bacısının əxlaqsız hərəkət etdiyini öyrənib və onu öldürüb”.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda qardaş bacısını internetdəki şəkillərinə görə bıçaqladı

Azərbaycanda qardaş bacısını internetdəki şəkillərinə görə bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Hadisə Zəyəm qəsəbəsində qeydə alınıb. Şəmkir Rayon Polis İdarəsinin Zəyəm Qəsəbə Polis Bölməsindən ANS PRESS-ə verilə...

2935 Hadisə 12:30 17 may 2016

Son xəbərlər