Bakıda gey sevgilisinin başını kəsdi
Bakıda sevgili olan cinsi azlıqlar arasında mübabisə cinayətlə nəticələnib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, barədə zərərçəkənin yaxınları məlumat verib.
Bildirilib ki, Nərimanov rayonunda cinsi azlıq nümayəndəsi Sumqayıt sakini 1985-ci il təvəllüdlü Vüqar Məmmədov (şərti) kirayədə yaşadığı evdə naməlum şəxs tərəfindən boğazı bıçaqla kəsilib.
Onunla sevgili olan Bakı sakini 1993-cü il təvəllüdlü Rövşən Əliyev (şərti) hadisədən öncə bir neçə dəfə onunla qarşılıqlı cinsi əlaqədə olub. Sonuncu görüşlərində isə ondan pul tələb edib. 30 yaşlı gey sevgilisinin bu tələbini yerinə yetirməkdən imtina edib. Bundan sonra 22 yaşlı R.Əliyev xuliqanlıq zəminində onun boğazını kəsib.
Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.
Nərimaniv Rayon Polis Idarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Əliyev saxlanılıb.
Araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 50 yaşlı kişi 17 yaşlı qızı zorladı
Bakıda 17 yaşlı qız zorlanması barədə polisə şikayət edib. BAKU.WS-in Qafqazinfo saytına istinadən verdiyi xəbərə görə, hadisə Nizami rayonunda baş verib. Bak...