"Turan Tovuz" 32 ildən sonra "Fənərbağça" ilə üz-üzə gələcək
Bu gün Bakıda "Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında yoxlama oyunu keçiriləcək.
BAKU.WS xəbər verir ki, qarşılaşma saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
Matçdan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Qeyd edək ki, iki komanda sonuncu dəfə 1994-cü ildə UEFA Kubokunda qarşılaşıb. Həmin vaxt Azərbaycanı avrokuboklarda təmsil edən ilk klub olan "Turan" İstanbul təmsilçisinə hər iki oyunda məğlub olub. "Fənərbağça" ilk görüşdə 5:0, cavab matçında isə 2:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turund...